Sosial 

İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər – ADLAR

İTV-nin Yayım Şurasının tərkibinə dəyişikliklər təklif edilir.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı sənəd Milli Məclisə daxil olub.

Vüqar Zeynalov, İlhamə Abdullayevanın namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülüb.

Gənclər təşkilatları tərəfindən Azər Əliyevin, Ülviyyə Axundovanın Yayım Şurasının üzvlüyünə namizədliyi təqdim edilib.

Qadın cəmiyyətləri isə Sevil Yusifovanın, Zərəngiz Mansurovanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, həmin şəxslərin namizədliyi Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, onlar altı il müddətinə İTV Yayım Şurasının üzvü olacaqlar.

Sənəd Milli Məclisin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq.

Daha çox xəbərlər