“Sinovak” vaksini bir çox ölkələrdə tanınır – Prezidentin köməkçisi

“Sinovak” vaksini bir çox ölkələrdə tanınır – Prezidentin köməkçisi

Azərbaycanda tətbiq olunan “Sinovak” vaksini bir çox ölkələr tərəfindən tanınır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, “Sinovak” vaksininin dünyada tanınmaması ilə bağlı deyilənlər doğru deyil. “Sinovak” Avropanın əsas sertifikat verən qurumu tərəfindən təsdiq edilib və bir çox ölkələr tərəfindən qəbul edilir.