Buster dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq
Fevralın 15-dən etibarən buster dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
“Fevralın 15-dən sonra vaksin sertifikatının müddəti 6 ay olacaq, 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş olur. Bu zaman həmin şəxslər buster (üçüncü doza) qəbul etdikdən sonra isə həmin sertifikatı müddətsiz olacaq”, – deyə Ş.Mövsumov qeyd edib.

