Dövlət Sosial Müdafiə Fondu gözlənilən gəlirlərinin həcmini AÇIQLADI – CANLI YAYIM
“2021-ci ildə Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri 5 milyard 152 milyon manat həcmində gözlənilir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.
O bildirib ki, bu 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz çoxdur: “Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqları 3 milyard 810 milyon manat gözlənilir ki, bu, 2020-ci illə müqayisədə 7,2 faiz çoxdur”.
H.Məmişov qeyd edib ki, büdcə təşkilatları üzrə daxilolmaların 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmaların isə 2 milyard 430 milyon manat olması gözlənilir.
“Bu il dövlət büdcəsindən transfertin həcmi 1 milyard 313, 3 milyon manat təşkil edir”, – deyə o qeyd edib.

