Hava 

Yeni il gecəsi Bakıya qar yağacaqmı?

“Yeni ildə Bakı şəhərində qarın yağması nadir hadisədir”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

O bildirib ki, ən soyuq hava 2019-cu ildə müşahidə olunub: “Bu yeni il gecəsi qar gözlənilmir”.

Xidmət rəisi deyib ki, qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq: “Bayramın ilk günləri – dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisində hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək”.

Daha çox xəbərlər