Gürcüstan parlamentinə yeni spiker seçildi
Gürcüstan parlamenti yeni spiker vəzifəsində Şalva Papuaşvilinin seçilməsini təsdiq edib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının namizədinin lehinə 88 deputat, əleyhinə bir nəfər səs verib.
Ş.Papuaşvili bu vəzifədə Kaxa Kuçavanı əvəz edəcək.
Qeyd edək ki, Kaxa Kuçava deakabrın 24-də istefa vermişdi.

