Goranboyda dəhşətli QƏZA: Minik maşını traktorla toqquşdu
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində VAZ markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

