Gündəm 

Ölkəyə idxal edilən toyuqlara tətbiq olunan gömrük rüsumunun müddəti artırılıb

Azərbaycana idxal edilən ev toyuqları (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) üçün tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

ARANTV.AZ  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İdxal olunan ev toyuqlarının 1 kq-na 1 ABŞ dolları rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb.

Bu müddətdən sonra ev toyuqlarının 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Daha çox xəbərlər