Gündəm 

Fındıq, üzüm, alma və armuda tətbiq olunan gömrük rüsumunun müddəti artırılıb

Azərbaycana idxal edilən meşə fındığı, təzə süfrə üzümü, alma, armud (perrinin, və ya armud sidrinin istehsalı üçün, qalama halında) tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

ARANTV.AZ  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Meşə fındığının 1 kq-na tətbiq edilən 1,5 ABŞ dolları, təzə süfrə üzümünün 1 kq-na tətbiq edilən 0,4 ABŞ dolları, almanın 1 kq-na tətbiq edilən 0,3 ABŞ dolları, armudun 1 kq-na tətbiq edilən 0,3 ABŞ dollar idxal gömrük rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb.

Bu müddətdən sonra həmin məhsulların 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edilək ki, bu qərar ölkə daxilində məhsul istehsalı ilə bağlı daxili bazarın qorunmasını nəzərdə tutur.

Daha çox xəbərlər