Gündəm 

“Növbəti mərhələdə də sosial artımlar davam edəcək”

Minimum pensiya 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlar və qanun layihəsi ilə əlaqədar brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda sosial minimumların artırılması sosial rifahın yaxşılaşdırılması baxımından vacibdir.

“Ötən həftələr ərzində minimum əmək haqqı da artırılıb. Bu da öz növbəsində yaşayış minimumu üzərində 43 faiz azrtım deməkdir. Artırılan müavinət və təqaüdlərə nəzər yetirsək, sosial artımlar geniş kütləni əhatə edir. Növbəti mərhələdə də sosial artımlar davam edəcək. Sosial ödənişlər son illərdə 60 faiz artıb”, – A.Kərimov deyib.

Daha çox xəbərlər