Tərtərdə partlayıcı və tezalışan maddələrin satışını təşkil edən şəxslər aşkarlanıb
Əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayonun müxtəlif ərazilərində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olan 2 nəfər müəyyən edilib.
Faktlarla bağlı Z.Abışov və Ş.Əsədovun barələrində inzibati qaydada protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada cərimə ediliblər.


