Sosial 

COVID pasportlarının etibarlılıq müddəti ilə bağlı Q ƏRAR

“COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda dəyişiklik olunub.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, koronavirus sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə altı ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda müddətsiz olacaq.

Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minəcək.Hazırda sözügedən sertifikatların etibarlılıq müddəti müddətsizdir.

Daha çox xəbərlər