Dünya 

ABŞ-da helikopter qəzaya uğrayıb, ölən və yaralılar var

ABŞ-ın Texas ştatında helikopter qəzaya uğrayıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, nəticədə bir nəfər həyatını itirib, daha 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, insident yerli vaxtla saat 11:45-də baş verib. Bell 206 helikopteri Livinqstonun cənub-şərqindəki meşədə qəzaya uğrayıb.

Həlak olan 54 yaşlı sərnişin olub, pilot və daha iki nəfər xəstəxanaya yerləşdirilib.Qəzanın səbəbləri barədə məlumat verilməyib, hazırda bunun üçün araşdırma aparılır.

Daha çox xəbərlər