Bakıdan Qubaya kimi təknəfərlik yürüş – FOTO
Gənc fəal Ağa Mehdiyev “Cavanlaşan Narkomaniya”, “Sağlam Həyata” şüarları ilə Bakıdan Qubaya qədər olan 170 kilometrə qədər məsafəni piyada qət etmək qərarına gəlib.
Bu məqsədlə Ağa Mehdiyev 31 dekabr səhər saatlarından etibarən yaşadığı Biləcəri qəsəbəsindən yürüşə başlayıb.
Özünün sosial şəbəkə hesabında paylaşım edən gənc qeyd edib ki, bu formatı seçməkdə məqsədi gənclərin narkomaniyadan uzaq durmasına və sağlam həyatı seçməsinə vəsilə olmaqdır.

