Hadisə 

Bakı-Qazax yolunda zəncirvari qəza olub – FOTO

Yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 2 “Mercedes”, 1 “Kia” və 1 “VAZ-2106” markalı minik maşınları toqquşub. 2 maşın yoldan çıxaraq aşıb.

Ölən və xəsarət alanlar yoxdur.

Faktla bağı araşdırma aparılır.

 

Daha çox xəbərlər