Gündəm 

Gənclər ölkənin ən aparıcı bir flaqmanına çevrilib – RƏY

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin  gənclər siyasəti yürütdüyü siyasətin əsas prioritetini təşkil edir. Məhz cənab Prezidentin bu istiqamətdə yürütdüyü siyasətin nəticəsi olaraq ölkənin gəlcək taleyinin müəyyənləşməsində gənclər üçün geniş imkanlar yaradılıb. Son illərdə cənab Prezidentin yürütdüyü kadr siyasəti bunun bariz nümunəsidir. Ölkə başçısının gənclərə verdiyi önəmin nəticəsidir ki, gənclər ölkənin ən aparıcı bir flaqmanına çevrilib”.

286400

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində yürüdülən siyasəti şərh edərkən deyib.

Onun sözlərinə görə, bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

“Yürüdülən siyasətin əsas qayəsini gənclərimizin milli mənlik şüuru, vətənprəvərlik hisslərinin aşılanması təşkil edib. Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması bu gün və gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradıb. Bu ruhda tərbiyə alan gənclər dövlətimizin gücünü də artırırlar. Hansı ki biz buna bu gün şahidlik etməkdəyik. Gənclərin dövlətin gücünün artmasında və qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldiyini görən cənab Prezident ən ali vəzifələrə məhz gənclərə etibar edir”, – o qeyd edib.

Deputat əlavə edib ki, bu gün gənclər dövlətimizin dayanıqlı inkişafında, insanların sosial rifah ölkəsinə çevrilməsi və digər sahələrdə uğurların əldə edilməsində müstəsna rola malikdirlər: “Bütün bu uğurlar cənab Prezidentin və Birinci vitse-prezidentin gənc nəslə olan inamı, etimadı və onlara olan diqqətin nəticəsində mümkün olunub. Bu istiqamətdə indiyədək yürüdülən siyasət öz bəhrəsini veriməkdədir. Azərbaycan rəhbərliyi tərəfindən gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, müasir dövrün tələblərinə cavab verən  savadlı, bacarıqlı, peşəkar gənc kadrların yetişməsi istiqamətində çoxsaylı proqramlar qəbul edilib və onlar icra edilib. Bir qisim proqramların icrası davam etməkdədir.

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısında  çıxışı zamanı bu məqamlara diqqət çəkərək deyib: “Biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

Cənab Prezident və Birinci vitse-prezident ölkənin uğurlu gələcəyini gənclərdə gördüyündən məqsədyönlü olaraq onların ölkənin bütün sahələrində dominant rol oynamasına geniş imkanlar yaradaraq, onlara hərtərəfli dəstək olur. Gənclərin hərtərəfli inkişafına şərait yaradılması, eyni zamanda, onların vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil beynəlxalq səviyyədə uğurlar qazanırlar.  Azərbaycan gəncliyi təkcə dövlət idarəçiliyində, beynəlxalq aləmdə uğurlar əldə etməyib, eyni zamanda Azərbaycanın haqq səsinin dünyaya çatdırıb, ölkəmizə qarşı informasiya müharibəsində, o cümlədən erməni işğalçılarına qarşı savaşda da qəhrəmanlıq dastanı yazıblar. Yürüdülən məqsədyönlü siyasət nəticəsində gənclərimizin düşüncə tərzi müsbət mənada tamamən dəyişib. Ölkəmizdəki gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlər 2020-ci ilin payızında 44 günlük müqəddəs Vətən savaşı nöqtə qoydu. Azərbaycan gəncliyi müasir dünya tarixinə şanlı bir qəhrəmanlıq dastanı yazdı. Azərbaycan gəncliyinin bu qəhrəmanlıq dastanı indi dünya hərb beyin mərkəzləri tərəfində ciddi təhlil olunmaqdadır. Azərbaycan  gəncliyinin vətənpərvər ruhda böyüməsi dövlətimizin qüdrətini artıraraq hətta üzləşdiyimiz işğalçılıq siyasətinə son qoymasında öz sözünü dedi. Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan, xilaskar lideri cənab İlham Əliyev ətrafında sıx birləşib, onun komandanlığı altında 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla yerinə yetirərək böyük və tarixi Qələbəyə imza atdı. Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş qədim Şuşa şəhərinə səfəri zamanı Azərbaycan gəncliyi haqqında bunları bəyan etdi: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Bəli, bu uğurlar və qələbələr yürüdülən siyasət nəticəsində mübarizlik ruhu gənclərimizin xarakterinə və ideyalarına hopdu. Azərbaycan gəncliyi müqəddəs Vətən savaşından öncə və savaş dönəmində və sonra Azərbaycan həqiqətlərinin dünya çatdırılmasında, informasiya müharibəsində də öz sözünü dedi. Bu müstəvidə aparılan mübarizədə Ali Baş Komandana dəstək olub qələbə qazanmasında xüsusi rol oynadı.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi qüvvə olan gənclər bu yöndə tarixi uğurlar qazanmaqla öz ölkəsinin müstəqilliyinin qorunub-saxlanması, möhkəmləndirilməsi prosesində, dövlətçiliyin inkişafında, işğala son verildikdən sonrakı quruculuq mərhələsində fəal iştirak etməkdədir. Bu gün Azərbaycan gəncliyi cənab Prezidentin 44 günlük savaş nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqların həyata keçməsində, işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq istiqamətində həyata keçirilən genişmiqyaslı proseslərdə aktiv iştirakçıdırlar. Azərbaycanın əldə etdiyi qələbənin dayanıqlılığını təmin olunmasında öz səylərini və güclərini ortaya qoyublar. Əminəm ki, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə Vətənin inkişafı naminə bundan sonra da səylə çalışacaq, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin ətrafında bir yumruq kimi birləşərək etimadını bundan sonra da hər zaman doğruldacaqlar”.

Mürtəza
Ölkə.Az

Bu yazı Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi MEDİA

Daha çox xəbərlər