Taleh Yüzbəyov: “Premyerada gözləmədiyimiz bir ajiotaj yaşandı” – VİDEO
“Podkast kimi adam” layihəsinin yeni buraxılışı yayımlanıb.
ARANTV.AZA xəbər verir ki, Səməd Mehribanın təqdimatında yayımlanan podkastın budəfəki qonağı, aktyor, ssenarist və rejissor Taleh Yüzbəyov olub.
Taleh bir müddət əvvəl ekranlara çıxan və həmmüəlifi olduğu “Zəhər tuluğu” tammetrajlı bədii filmin ərsəyə gəlməsi haqqında məlumat verib.
Qonaq filmin ssenari yazılışı, aktyor seçimləri və montaj dövründə yaşanan maraqlı nüanslardan danışıb.

