Anders Opedaldan: Azərbaycan bizim önəmli beynəlxalq tərəfdaşımızdır
Norveçin “Equinor” şirkətinin prezidenti və Baş icraçı direktoru Anders Opedal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
ARANTV.AZ xəbər verir ki, məktubda qeyd edilir:
Zati-aliləri,
Sizi “Equinor” şirkəti adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana tərəqqi və firavanlıq arzulayıram.
“Equinor” şirkəti Azərbaycan ilə enerji sektorunda əməkdaşlıqdan qürur duyur. Azərbaycan bizim önəmli beynəlxalq tərəfdaşımızdır. Biz qarşıdakı illərdə əməkdaşlığımızı davam etdirməyə ümidvarıq.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

