“Qarabağ xronikası”nın 75-ci buraxılışı: “Moskvanın Qarabağda Rusməramlı Missionerliyi ”- VİDEO
Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 75-ci buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda, Rusiyanın Qarabağdakı sülhməramlıları haqqında danışıb.
O bildirib ki, onlar sülhməramlı yox, Moskvanın Qarabağdakı Rusməramlı Missionerləridir.
“2021-ci ilin son günlərində bu mövzuya toxunmağımızın xüsusi və olduqca vacib səbəbləri var. Bizim son 30 ildə qarşımızda duran bir missiyamız var idi, o da işğal altında olan torpaqlarımızı düşmən tapdağından xilas etmək. Bu amala 2020-ci ilin payız ayında nail olduq. Bu gün isə çiynimizin ən ağır yükü azad edilən torpaqları minalardan təmizləyib, dirçəldib yeni həyat verməkdir” – deyə, o qeyd edib.
Daha ətraflı sözügedən süjetdə:

