Sosial 

2021-ci ildə diləndirilən doqquz uşaq sığınacağa yerləşdirilib

“2021-ci il ərzində 52 uşaq və 15 qadın Uşaq Sığınacağında qısa və uzun müddətli yerləşdirilib”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin 2021-ci il üçün hesabatında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə ümumilikdə 61 nəfər uşaq sığınacağına yerləşdirilib.

Uşaqlardan 32 nəfəri qız, 20 nəfəri isə oğlandır.

Həmin uşaqların 9-u baxımsız, səfil həyata məruz qalıb, məcburi diləndirilən balacalardır.

61 nəfərdən 15-i isə yetişkin yaşdakı qadınlardır.

Daha çox xəbərlər