Hava 

Qarşıdakı günlərdə Bakıda hava necə olacaq?

Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq.

Yanvarın 7-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Daha çox xəbərlər