Qubadlıda qətlə yetirilən Amil anasının yanında dəfn olundu – VİDEO
Yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli tərəfindən qətlə yetirildiyi bildirilən kiçik gizir Amil Cəlilzadə dəfn edilib.
ARANTV.AZ İTV-yə istinadən xəbər verir ki, o, anasının dəfn olunduğu Siyəzən rayonunun Məşrif kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, DSX-nin hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

