Sosial 

Baş Prokurorluqda kadr dəyişikliyi olub

Baş Prokurorluğun Kriminalistika şöbəsinə rəis təyin olunub

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidməti faktı “İki sahil”ə təsdiqləyib.

Daha çox xəbərlər