Dünya 

Qazaxıstanda toqquşmalar: Yeddi nəfər reanimasiyaya yerləşdirilib

Almatı Xalq Sağlamlığı İdarəsi etirazlardan zərər çəkənlərin sayı ilə bağlı statistik məlumat yayıb.

Məlumata görə, tibb müəssisələrinə 190 nəfərlə bağlı müraciət edilib.

“40 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən yeddi zərərçəkən reanimasiyadadır, onlardan dördü polis əməkdaşıdır”, – deyə idarədən bildirilib.

Bütün zərərçəkənlərin 137-si polis əməkdaşı, 53-ü isə mülki şəxsdir.

Mənbə: Sputnik Qazaxıstan

Daha çox xəbərlər