DİN-də yeni TƏYİNAT

DİN-də yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Abbas Paşa Göyçay rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini təyin olunub.

O, bu təyinata qədər Göygöl rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsində çalışırdı.