Sosial 

İl ərzində neçə nəfərə hərbi səbəbdən əlillik təyinatı aparılıb? – RƏSMİ

“Hərbi səbəbdən əlilliyin təyin olunması ilə bağlı il ərzində 3 444 nəfər müayinə olunub və onlardan 1 537 nəfərə əlillik təyinatı aparılıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, bu dövrdə əlillik təyinatı üçün müraciət edən 1 853 nəfərə imtina verilib.

“İmtina edilənlərdən 1 580 nəfəri əlillik dərəcəsinin artırılması ilə bağlı müraciət etmişdi. Cəmiyyətdə stereotip var ki, hərbidən xəstəliyi, travmasına görə tərxis olunub və ya müharibədə yaralanıbsa, ona mütləq əlillik düşür.

Burada travmanın bu günə görə orqanizmdə yaratdığı fəsadlardan söhbət gedir. Bu ağırlaşma əlillik təyinatına əsas verirsə, əlillik təyinatı aparılır”.

Daha çox xəbərlər