Siyasət 

2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olması böyük tarixi hadisədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq  Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunmuşdur ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunanacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O vaxt Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir.

44 günlük Vətən müharibəsində   cənab Prezident,   Ali Baş  Komandan  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən  2020-ci il noyabrın 8-də Suşa şəhərini erməni işğalından azad edildi. Ermənistanı kapitulyasiyaya məcbur edən tarixi Şuşa qələbəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Qısa müddət ərzində Şuşanın Baş planı hazırlanmış, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarıldıı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirildi. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin məqbərəsi önündə Vaqif  Poeziya Günlərinin  təşkili ənənəsinin bərpası, hazırda  şəhərdəki tarixi, dini və memarlıq abidələrinin bərpası üzrə  başlanmış  və sürətlə aparılan işlər göstərir ki, tezliklə Şuşanın   əvvəlki dolğun mədəni həyatı bərpa ediləcəkdir.

2022-ci ilin  Azərbaycanda  “Şuşa İli” elan edilməsi  Şuşanın tarixi keçmişi, bu gününü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsil sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqır.

Rauf  Əliyev,

Milli  Məclisin deputatı

Daha çox xəbərlər