Yardımlıda payız əkini başa çatıb
Dağlar diyarı Yardımlı rayonunda payız əkini başa çatmışdır. Mütəxəssislər görülən işlərin keyfiyyətində razılıq edirlər. Əkin aparılmış sahələrin 3157 hektarını buğda, 299 hektarını isə arpa təşkil edir. Səpin zamanı ərzaqlıq buğdanın payı 30 faiz olub. Payızlıq əkin sahəsinin 237 hektarında əkin kənd təsərrüfatı yönümlü müəssisələr tərəfindən yerinə yetirilibdir.
Ən çox buğda səpini rayonun nisbətən dağlıq olmayan ərazilərində aparılıbdır. Belə ki, Zevində 350 hektarda, Ərusda 315 hektarda, Ərsilədə 240 hektarda, Aşağı Astanlıda 230 hektarda, Yolocaqda 220 hektarda əhali təsərrüfatları tərəfindən taxıl əkilibdir.
Həm də 2020-ci ilin eyni dövrü ilə müqayisədə Yardımlı rayonunda dən üçün payızlıq bitkilərin səpin sahəsi 0,1, o cümlədən buğdanın səpin sahəsi 2,1, arpanın səpin sahəsi 24,5 faiz artıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

