Hadisə 

Sumqayıtda xəstəxanada yanğın söndürülüb YENİLƏNİB

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

***

Sumqayıtda xəstəxana yanır.

ARANTV.AZ xəbər verir ki,  4 nömrəli Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb.

Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Daha çox xəbərlər