Siyasət 

Misirin “Əl Diplomasi” portalı Ermənistanın atəşkəs rejimini pozmasından yazıb

Misirin “Əl Diplomasi” portalı Ermənistan silahlı qüvvələri bölmələrinin yanvarın 8-də atəşkəs rejimini pozması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatını yayıb.
ARANTV.AZ xəbər verir ki, AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən “AQS” və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.
Xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnika sarıdan itki yoxdur. Hazırda həmin istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

Daha çox xəbərlər