Sülhməramlılar Qazaxıstanda BU VAXTA qədər qalacaqlar – Putin AÇIQLADI
Öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin KTMT-nin iclasında deyib.
O vurğulayıb ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq.
“Qazaxıstana təhdid etiraz aksiyaları ilə deyil, əlinə silah alanlar tərəfindən yarandı. Qazaxıstan beynəlxalq terrorçuluqla üz-üzə qaldı” – deyə o bildirib.

