Dünya 

Avropa Parlamentinin rəhbəri vəfat etdi – YENİLƏNİB + FOTO

Avropa Parlamentinin sədri David Sassoli 65 yaşında vəfat edib.

Bu barədə onun mətbuat katibi Roberto Kuillo özünün “Twitter” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Sassoli xəstəxanaya yerləşdirildiyi İtaliyanın Aviano şəhərində dünyasını dəyişib.

Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

22:23

Avropa Parlamentinin sədri David Sassoli dekabrın 26-dan etibarən xəstəxanaya yerləşdirilib.

Bu barədə bazar ertəsi “Il Messaggero” qəzeti siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, onun xəstəxanaya yerləşdirilməsi “immun sisteminin funksional pozulması ilə bağlı yaranan ağır fəsadlar” səbəbindən zəruri olub.

Qeyd edək ki, AP rəhbərinin iştirakı ilə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Mənbə: TASS

Daha çox xəbərlər