Hadisə 

Kişi yaşadığı evin həyətində bıçaqlandı

Ağdaş rayonunda kişi yaşadığı evin həyətində bıçaqlanıb.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Ləki qəsəbə sakini, 1986-cı il təvəllüdlü Zaur Əliyev yaşadığı evin həyətində naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ürək nahiyəsinin dəlib keçən yarası ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan axtarış əməliyyat tədbirləri nəticəsində Z.Əliyevə xəsarət yetirən Yevlax rayon sakini Nurlan Xəlilov saxlanılıb.

Daha çox xəbərlər