Mənzillərin otaqları ilə bağlı YENİ QAYDALAR
Azərbaycanda mənzillərdə otaqların ölçüləri ilə bağlı yeni qaydalar müəyyən edilir.
ARANTV.AZ xəbər verir ki, bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə ki, normaların 5.2-ci bəndində göstərilmiş mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:
– birotaqlı mənzildə ümumi otaq – 15 m²-dən;
– birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;
– iki və daha çox otaqlı mənzillərdə ümumi otaq – 16 m²-dən;
– yataq otağı – 8 m² (iki adama – 10 m²-dən);
– mətbəx – 8 m²-dən;
– mətbəx-yemək otağında mətbəx zonası – 6 m²-dən.

