Bakıda hamilə arvadını bıçaqlayan şəxsin ittihamı ağırlaşdırıldı
Bakıda hamilə həyat yoldaşını öldürməyə cəhd edən şəxsin ittiham olunduğu maddə dəyişdirilib.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
“11 dekabr 2021-ci il tarixdə paytaxtın Nizami rayon sakini, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılovaya əri Pərvin Ağayev tərəfindən bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq zamanı əməldə “qəsdən adam öldürməyə cəhd” cinayətinin əlamətləri müəyyən edildiyindən cinayət işi üzrə əməl CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsinə tövsif olunaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.
Hazırda Nizami Rayon Prokurorluğunda istintaq davam edir”, – deyə məlumatda qeyd edilib.

