Kaliforniya polisləri cinayətkarların əvəzinə Pokemonları tutdular və işdən qovuldular
Los-Anceles Polis Departamentində maraqlı hadisə baş verib.
ARANTV.AZ Oxu.az-a istinadən xəbər verir ki, İki yerli polis zabiti – Lui Lozano və Erik Mitçel növbədə olarkən “Pokemon Go” oynadıqlarına görə işdən qovulublar.
Onlar oğruları tutmaq əvəzinə Pokemonları tutmağa çalışıblar. Hadisə hələ 2017-ci ildə baş versə də bu barədə indi məlumat yayılıb.
İşdən çıxarılma qərarı polis avtomobilində quraşdırılmış rəqəmsal videoçəkiliş sisteminin məlumatları əsasında qəbul edilib.
Polislər “Crenshaw Mall”da davam edən quldurluq haqqında radio çağırışa cavab verməyiblər. Onlar çağırışdan sonrakı növbəti 20 dəqiqə ərzində də oyunu müzakirə ediblər.

