Siyasət 

Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə edilməsi vacibdir – Avropa İttifaqı

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə edilməsi vacibdir”, – Toivo Klaar qeyd edib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Daha çox xəbərlər