Hadisə 

Cəlilabadda dumanlı hava qəzaya səbəb oldu: Xəsarət alanlar var

Cəlilabad iki yük avtomobili toqquşub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “DAF” və “KamAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər