Sosial 

Azərbaycanda məişət zorakılığı elə də yüksək deyil – Komitə

“Məişət zorakılığının törədən insanlarla işləmək lazımdır. Biz əksər vaxt zorakılığa məruz qalanlarla işləyirik. Amma bunu törədənlərlə məşğul olub, onların psixoloji durumunu bilməliyik”.

ARANTV.AZ  xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzən belə şəxslər ikinci dəfə evlənəndə yenidən zorakılığa əl atırlar: “Həmçinin düşünürük ki, bələdiyyələri bu işə cəlb edək və onlar bu istiqamətdə monitorinqlər həyata keçirsinlər. Azərbaycanda məişət zorakılığı elə də yüksək faiz deyil. Faktlar var, amma bunun da qarşısını ala bilərik”.

Daha çox xəbərlər