“Kədərdə və sevincdə hər zaman birlikdəyik”
Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən təsis edilməsinin, qardaşlarımıza yenidən qovuşmağımızın 30-cu ildönümüdür.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.
“Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə paylaşımda qeyd olunub.

