Sosial 

Korrupsiyaya qarşı mübarizədə QHT-lər fəallıq nümayiş etdirib

“Son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər”.

ARANTV.AZ  xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” dəyirmi masasında deyib.

O bildirib ki, QHT-lər digər təsisatlarla birgə bu prosesi fəal təşkil edirlər: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman ictimai nəzarətin gücləndirilməsinə toxunur. Biz hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Hesab edirəm, bizdən gözlənti də budur”.

Daha çox xəbərlər