Gündəm 

Zahid Oruc: Ötən il STM Azərbaycan Prezidentinin fəaliyyətinin beynəlxalq modellər əsasında qiymətləndirilməsini həyata keçirib

Biz, ilk növbədə, həm cari, həm də strateji xarakter daşıyan işlərin görülməsi ilə bərabər, digər işləri də planlaşdırırıq. Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətində cəmiyyətin düşüncələrini, mövqelərini, baxışlarını, onun dinamikasını, baş verən dəyişiklikləri izləmək xüsusi yer tutur. Mərkəzin nizamnaməsinin müddəalarının əsasını bu normalar təşkil edir.
Bu fikirləri  İMZAİNFO-ya müsahibəsində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib.
O deyib: “Biz çalışırıq ki, dövlətin siyasi təqviminə, iqtisadi-sosial baxışlarına uyğun başlıca məsələləri fəaliyyətimizin əsas istiqamətinə çevirək və bacarıqlı, istedadlı insanları, xüsusilə gəncləri bu sahəyə cəlb edək. Sevindirici haldır ki, istədiyimizə nail olduq. Belə ki, fəaliyyətimiz ərzində dövlət səviyyəsində verdiyimiz təhlil, rəy, sənədlər müsbət qarşılandı. Müəyyən qiymətləndirmələr əsasında deyə bilərik ki, tutduğumuz istiqamət düzgündür. Sorğuların adlarını qiymətləndirməli olsaq, bizdə ilk dəfə “İnam indeksi: Prezidentin fəaliyyəti ictimai rəydə” sorğusu keçirildi. Bu sorğuda Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif kriteriyalar, amma beynəlxalq modellər əsasında qiymətləndirilməsini həyata keçirdi”.
Z.Oruc əlavə edib ki, Mərkəz əhalinin problemlərinin daha çox hansı sahələrdə olduğunu müəyyənləşdirməyə çalışır. Müxtəlif sahələrdə işin keyfiyyəti, əhalinin məmnunluq dərəcəsi sorğular vasitəsilə öyrənilir.

Daha çox xəbərlər