“Pzifer”in baş direktoru: İllərlə davam edəcək
Pfizer şirkətinin baş direktoru Albert Bourla koronavirus epidemiyasının gedişi ilə bağlı Fransa mətbuatına açıqlamalar verib.
ARANTV.AZ xəbər verir ki, “BFM TV”-yə danışan Bourla COVİD-19-un illərlə davam edəcəyini deyib: “Koronavirusu uzun illər davam edəcək. Amma hazırda içində olduğumuz dalğa son dalğa olacaq, qadağa və məhdudiyyətlər aradan qalxacaq”.
Alim həmçinin inkişaf etdirdikləri COVİD-19 peyvəndinin uşaqlar üçün təhlükəsiz və təsirli olduğunu bildirib.

