Hadisə 

Goranboyda evdə partlayış olub: Xəsarət alan var

Goranboy rayonunda evdə qaz sızmasından partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü P.Namazova bədənin iki dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 36 yaşlı qadın yaşadığı evin mətbəxində qaz sobasını yandıran zaman partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər