Geoparkların yaradılması istiqamətində işlərə başlanılıb

Geoparkların yaradılması istiqamətində işlərə başlanılıb

“Ölkədə geoparkların yaradılması istiqamətində iş aparılır”.

ARANTV.AZ xəbər verir ki,  bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib.

O bildirib ki, Azərbaycanda palçıq vulkanlarının ərazisində geoparkların yaradılması istiqamətində işlərə başlanılıb: “Geoparkın əsasnaməsi təsdiqlənib.

Geopark həm də UNESCO-nun mühafzə olunan kateqoriyalarından biridir. Bu zaman onların UNESCO-nun təbii irs siyahısına salınması ilə bağlı da işlər görüləcək. Bununla bağlı nominasiya sənədi hazırlanır. Növbəti illərdə ölkədə geoparklar istifadəyə veriləcək”.