Cahid Bağçı diplomatik əlaqələrimizin 30-cu ildönümə həsr olunan konfransa qatıldı – FOTO
Türkiyə səfiri Cahid Bağçı Azərbaycan Texniki Universitetində təşkil olunan konfransa qatılıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş konfransda Türkiyə səfiri akademik və tələbələr qarşısında çıxış edib, həmçinin universitetdə təşkil olunan foto sərgini ziyarət edib.

