Goranboy sakini minaya düşüb, ayağı amputasiya edilib

Goranboy sakini minaya düşüb, ayağı amputasiya edilib

Goranboy sakini minaya düşüb.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.

Hazırda vəziyyəti orta ağırdır.