Tağıyevin ötən gün açılışı olan abidəsi zədələndi – Fotolar
Ötən gün Bakıda açılışı olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsi artıq zədələnib.
ARANTV.AZ xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Tağıyevin əlindəki təsbeh qırılaraq yerə düşüb.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hazırda hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.



