Bədəndə sürətli böyümə olduqda dəmir deposu yetmir

Bədəndə sürətli böyümə olduqda dəmir deposu yetmir

“Vaxtından əvvəl doğulan, doğum çəkisi az olan uşaqlarda qanazlığı daha çox olur”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Uşaqlarda qanazlığı” mövzusunda çıxışında deyib. O bildirib ki, onlar ana bətnində kifayət qədər vaxt keçirmədiyi üçün dəmir depoları aşağı olur:

“Bəzən uşaq vaxtında doğulsa da, fizioloji anemiya deyilən hal müşahidə olunur. Bu da 2 aylıqdan 6 aya qədər davam edir. Ən pis dönəm isə 4-6-cı aydır. Bu da körpənin ana bətnində olanda hemoqlobininin fərqli struktura malik olmasıdır”.

Bundan başqa qanazlığı üçün riskli dövr yeniyetmə dövrü hüsab edilir: “Bunun da müəyyən səbəbləri var. Bədəndə sürətli böyümə olduqda dəmir deposu yetmir. Qız uşaqlarında mensturasiya başladığı üçün onlarda qan aşağı olur”.