Ötən il yol qəzalarında neçə uşaq ölüb?

Ötən il yol qəzalarında neçə uşaq ölüb?

Ötən il Azərbaycanda baş verən yol qəzalarında ölən uşaqların sayı açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ötən illə bağlı açıqladığı məlumatda bildirilib. Məlumatda bildirilir ki, ötən il yol qəzalarında 49 uşaq ölüb.

Onlardan 13-ü 7 yaşına qədər, 36 nəfər 7 yaşından 16 yaşına qədər olanlardır.

Qəzalarda ümumlikdə 706 nəfərin öldüyü bildirilib.